Modern.az

Pakistanda dəhşətli HADİSƏ: ölənlər 73 nəfərə çatıb - YENİLƏNİB

Pakistanda dəhşətli HADİSƏ: ölənlər 73 nəfərə çatıb - YENİLƏNİB

Aktual

31 Oktyabr 2019, 13:25

Pakistanda qatarda baş vermiş yanğında ölənlərin sayı artıb.  Modern.az xəbər verir ki, Pakistan mətbuatı ölü sayının 73-ə çatdığı barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, yanğın baş verən üç vaqonda 209 sərnişin olub. Yanğın nəticəsində onlarla sərnişin müxtəlif dərəcəli xəsarət alıb.

Yanğının səbəbi qatarın yeməkxanasında qaz balonunun partlaması olub.

***
Pakistanın Pəncab ştatında dəhşətli hadisə baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, sərnişin qatarında baş verən yanğın nəticəsində 62 nəfər həlak olub, onlarla insan xəsarət alıb.

Qatar Kəraçidən Ravalpindi şəhərinə gedirmiş. İlkin məlumata görə, yanğının səbəbi qatarın yeməkxanasında qaz balonunun partlaması olub. Məlumatda bildirilir ki, yanğın qatarın üç vaqonunu əhatə edib. Sərnişinlərin bir çoxu hərəkətdə olan qatardan tullanarkən xəsarət alaraq ölüb.

Hadisənin səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı