Modern.az

Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağa ÇAĞIRDI

Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağa ÇAĞIRDI

Aktual

31 Oktyabr 2019, 17:49

Milli Şuranın sədri Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib.

Modern.az xəbər verir ki, hazırda ABŞ-da elmi ezamiyyətdə olan Cəmil Həsənli özünün Facebook səhifəsində Milli Şura və Xalq Cəbhəsi Partiyası rəhbərliyinə müraciət edib.

O, 2 noyabr mitinqinin təxirə salınması təklifini təcili müzakirə etməyə çağırıb.

"Respublika Prokurorluğu və DİN birgə bəyanat yayıb Milli Şuranı, xüsusilə də AXCP sədri Əli Kərimlini hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmaqda ittiham edib. Mitinqdə təxribat hazırlanacağı haqda məlumatlar hətta gəlib mənə də çatıb", - deyə C.Həsənli bildirib. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı