Modern.az

Həyat yoldaşını boğub öldürən şəxsə bu cəza verildi

Həyat yoldaşını boğub öldürən şəxsə bu cəza verildi

Aktual

31 Oktyabr 2019, 20:56

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Əliyevin anlaqsız olduğu qənaətinə gəlinib və o məcburi müalicəyə göndərilib.

İttihama görə, ötən il Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1969-cu il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.

M.Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. O, qətli qısqanclıq zəminində törətdiyini deyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı