Modern.az

Azərbaycanlı deputat Avronest PA-da erməni parlamentarini susdurdu

Azərbaycanlı deputat Avronest PA-da erməni parlamentarini susdurdu

Aktual

31 Oktyabr 2019, 21:09

Oktyabrın 30-31-də Ukraynanın paytaxtı Kiyev şəhərində  Avronest PA-nın Büro iclası keçirilib.

 

Modern.az  xəbər verir ki, iclasda ölkəmizi  Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri, Milli  Məclisin  deputatı Sahibə Qafarova təmsil edib.

Millət vəkili  iclasda müzakirə olunan məsələlərlə bağlı çıxış edib, həmçinin Azərbaycanda demokratik təsisatların inkişafı, ölkəmizin insan  hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi  nailiyyətlər, o cümlədən, beynəlxalq sülh və təhlükəsizliyin  təmin olunmasına töfhələri barədə məlumat verib.

Qeyd edək ki, iclasda Ermənistan təmsilçisi də çıxış edib. O,  işğalçı ölkədə demokratik  azadlıqların, insan hüquqlarının  qorunması sahəsində vəziyyət, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətdən uzaq fikirlər bildirib. Ondan dərhal sonra söz  alan Sahibə Qafarova Ermənistan təmsilçisinin həqiqətdən uzaq  fikirlərinə cavab verib.

 

"Erməni siyasətçi burada həqiqətdən  uzaq məlumatlar verdi, mən isə sizə əsl həqiqətləri ifadə  edəcəyəm", - deyən S.Qafarova bildirib ki, Ermənistan işğalçı  dövlətdir və bu gün də işğalçılıq siyasətindən əl çəkmək istəmir.

"Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü ölkəmizin  ərazisinin 20 faizinin işğalı və minlərlə insanın, o cümlədən  qadın və uşaqların öldürülməsi, 1 milyondan çox insanın doğma  torpaqlarını və evlərini tərk etmək məcburiyyətində qalması ilə  nəticələnib. BMT, Avropa Parlamenti, ATƏT və digər  beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı  qətnamələr qəbul edib. Həmin sənədlərdə Azərbaycan  ərazilərinin Ermənistan tərəfindən işğalı və Ermənistanın etnik  təmizləmə siyasəti pislənilir, erməni silahlı qüvvələrinin  Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz  çıxarılması tələb olunur. Elə bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət  başçılarının VXIII Zirvə görüşünün yekununda qəbul olunan  sənədlərdə də 120 dövlət Ermənistanı işğalçı ölkə kimi tanıyıb və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub.

Ermənistan isə bütün beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq çağırışlara məhəl qoymayaraq sülh danışıqlarını pozmaqda davam edir və işğalçılıq siyasətindən əl çəkmir. Bu  mənada Nikol Paşinyan da özündən əvvəlki rejim başçılarından heç nəyi ilə fərqlənmir",- deyə Sahibə Qafarova qeyd edib.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı