Sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM (İctimai radioda) Babək prospektində "Azərsu" ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb.
Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur.
Modern.az xəbər verir ki, bu barədə "Report"a "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.