Modern.az

Üç rayonda 50 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Üç rayonda 50 min abonentin qaz təchizatı yaxşılaşdırılır

Aktual

1 Noyabr 2019, 10:10

Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min sakinin qaz təchizatı yaxşılaşacaq.

“Azəriqaz”dan Modern.az-a bildirilib ki, bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb.

Qeyd edək ki, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir. İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 %-i icra olunub.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı