Deputat Novruz Aslanov oktyabrın 31-də İsmayıllı rayonuna növbəti səfərini edib.
Modern.az xəbər verir ki, deputat İsmayıllı şəhərində yerləşən ofisində sakinləri qəbul edib və onları dinləyib. Qaldırılan məsələlər əsasən sosial və şəxsi məişət problemləri barədə olub. Millət vəkili Novruz Aslanov bir neçə məsələnin həllinə mümkün köməkliyin edəcəyini bildirib.
Digər məsələlər barədə aidiyyəti strukturlara müvafiq müraciətin ediləcəyi vurğulanıb.