Modern.az

Nazirlik ər-arvadın öldüyü qəza barədə məlumat YAYDI

Nazirlik ər-arvadın öldüyü qəza barədə məlumat YAYDI

Aktual

1 Noyabr 2019, 13:38

Daxili İşlər Nazirliyi Şabranda baş vermiş qəza barədə məlumat yayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, oktyabrın 31-də saat 16 radələrində Şabran rayonunun Ağalı kəndi ərazisində rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində V.İsmixanovun sərnişini olan arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...