Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində gözlənilən güclü küləklə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, noyabrın 2-si gündüzdən 3-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcək. Gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq.