Modern.az

Goranboydakı qəzada ölənin kimliyi bilindi - YENİLƏNİB

Goranboydakı qəzada ölənin kimliyi bilindi - YENİLƏNİB

Aktual

1 Noyabr 2019, 20:20

Goranboyda baş verən ağır qəzada ölən və yaralananların kimliyi bilindi.

 

Modern.az xəbər verir ki, hadisə nəticəsində Yevlax rayon sakini Arzu Məmmədov hadisə yerində ölüb.

Gəncə şəhər sakini  Arzu Abbasov isə ağır xəsarət alıb.

 

***

 

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunun başlanğıcında qeydə alınıb. “Vaz 21011” markalı avtomobillə “KamAz” markalı yük avtomobili toqquşub.

 

Nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı