Modern.az

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Aktual

1 Noyabr 2019, 19:03

Azərbaycan cüdoçusu Nurlan Osmanov Rusiyanın İjevsk şəhərində 23 yaşadək cüdoçular arasındakı keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl olaraq İsrail, Türkiyə, Gürcüstan və İtaliya təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, qızıl medal uğrunda qarşılaşmada Rusiya idmançısı Murad Çopanova məğlub olub.

 

Bu gün mübarizəyə qoşulan Elçin Hüseynov (66 kq), Balabay Ağayev və Rəşad Yelkiyev (hər ikisi 60 kq) medal qazana bilməyiblər.

 

Qeyd edək ki, Avropa çempionatına noyabrın 3-də yekun vurulacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı