Modern.az

"Qarabağ" və "Neftçi"dən təqdirəlayiq addım

Aktual

1 Noyabr 2019, 20:59

"Qarabağ" və "Neftçi" komandaları X turun açılış oyununa talassemiya xəstəliyindən müalicə olunan uşaqlarla çıxıblar.

Modern.az  xəbər verir ki, "Bakcell Arena"da keçirilən görüşdə futbolçular üzərində "Sevindirdiyiniz qədər sevin!" şüarı yazılan plakat tutub. Hakimlər isə meydana xüsusi qoruyucu maska ilə gəliblər. Onlar, həmçinin, "Sevildiyiniz qədər sevin!" yazılmış mayka geyiniblər. "Neftçi"nin kapitanı Emin Mahmudov oyunçular adından dəstək nitqi söyləyəndən sonra matça start verilib.

Qeyd edək ki, hələlik hesab açılmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı