Modern.az

Avtomobilin içində başsız sürücü aşkarlandı

Avtomobilin içində başsız sürücü aşkarlandı

Aktual

1 Noyabr 2019, 22:28

Voronejin Jeleznodorojnı rayonu ərazisində avtomobilin içində başsız kişi meyiti tapılıb.

Modern.az  Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Bloknot Voroneja” rayonun İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda faktla bağlı ibtidai istintaq aparılır.

“Hadisənin yeri araşdırılıb, məhkəmə-tibbi ekspertizası təyin edilib, 1965-ci il təvəllüdlü kişinin meyitini aşkar edən şəxslərlə görüş keçirilib, hadisənin baş verməsi üçün müəyyən tədbirlər görülüb. İlkin istintaqın nəticələrinə uyğun olaraq prosessual qərar veriləcək”, - deyə müstəntiqlər bildirib.


Məlumata görə, ekspertiza rəyinin bir nüsxəsinin redaksiyaya təqdim ediləcəyi vurğulanıb.

Qeyd edilir ki, hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Voronej şəhərindəki polis şöbəsinə yerli sakin tərəfindən məlumat verilib. O, Otrojka məhəlləsindəki Kuybışeva küçəsində meşənin kənarında avtomobilin içində başsız sürücü görüb və dərhal hadisə yerinə polis əməkdaşlarını çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı