Modern.az

Bakıda toyda 2 nəfər bıçaqlanıb

Bakıda toyda 2 nəfər bıçaqlanıb

Aktual

1 Noyabr 2019, 23:14

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində yerləşən "Bənövşə" şadlıq sarayında keçirilən toy mərasimində qeydə alınıb.

Mərasimdə yaran mübahisə zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Samir Heydər oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elçin Qadir oğlu bıçaqlanıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. S.Əliyev və E.Əliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı