Modern.az

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Goranboyda əri tərəfindən döyülən qadın xəsarət alıb

Aktual

2 Noyabr 2019, 10:35

Goranboy rayonunda əri tərəfindən döyülən qadın xəsarət alıb.

 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb.

Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü qadın baş, boyun və üz nahiyəsindən xəsarətlər alıb.

O, yaxınları tərəfindən xəstəxanaya aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Qadın hadisənin ailə-məişət münaqişəsi zəminində baş verdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!