Modern.az

ABŞ lideir özünü əl-Bağdadi məhv edilərkən fərqlənən itlə müqayisə etdi

ABŞ lideir özünü əl-Bağdadi məhv edilərkən fərqlənən itlə müqayisə etdi

Aktual

2 Noyabr 2019, 14:15

ABŞ Prezidenti Donald Tramp, "bir nömrəli terrorçu" Əbu Bəkr əl-Bağdadiyə qarşı əməliyyatda fərqlənən xidmət itini Ağ Evə dəvət edəcəyini bir daha bəyan edib.

 

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Missisipidə danışan Tramp özünü Conan adlı həmin itlə müqayisə edib və bildirib ki, media Conan-a daha yaxşı münasibət bəsləyir, nəinki ABŞ Prezidentinə.

"Conan barəsində müsbət yazılar, mənim barəmdə olandan çoxdur və mən bundan məmnunam. Conan inanılmaz dərəcədə çalışdı. Conan bir neçə həftə sonra Ağ Evi ziyarət edəcək",-deyə Tramp vurğulayıb.

 

Pentaqon daha əvvəl bildirmişdi ki, Suriyada əl-Bağdadini məhv etmək üçün aparılan əməliyyat zamanı Conan yaralanıb. Hərbçilər əmin edirlər ki, it sağalmaq üzrədir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı