Modern.az

Moskva-Bakı reysi ilə uçan təyyarə məcburi eniş edib

Moskva-Bakı reysi ilə uçan təyyarə məcburi eniş edib

Aktual

2 Noyabr 2019, 15:06

"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus Moskva-Bakı reysini həyata keçirən təyyarə Vnukovo hava limanında məcburi eniş edib.

 

Modern.az-ın məlumatına görə, uçuşdan sonra təyyarənin heyəti ön şüşədə çatın olması barədə məlumat verib və göyərtənin komandiri layneri endirmək qərarı alıb.

Təyyarə uğurlu eniş edib, xəsarət alan olmayıb.

 

AZAL-dan Trend-ə bu xəbəri təsdiq ediblər və bildiriblər ki, sərnişinlər üçün ehtiyat təyyarə göndərilib, onlar səhər saatlarında Bakıya çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...