Modern.az

Şahmatçılarımız Ermənistana qalib gələrək, bürünc medal qazandı

Şahmatçılarımız Ermənistana qalib gələrək, bürünc medal qazandı

Aktual

2 Noyabr 2019, 16:23

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası 22-ci Avropa çempionatında Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bürünc medala sahiblənib.

 

Modern.az-ın məlumatına görə, son turda Ermənistan komandası ilə qarşılaşan Günay Məmmədzadə Lilit Mkrtçyana, Ülviyyə Fətəliyeva Mariya Gevorqyana qalib gəlib. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...