Modern.az

FHN Bakı-Şamaxı yolundakı ağır qəza barədə məlumat yaydı

FHN Bakı-Şamaxı yolundakı ağır qəza barədə məlumat yaydı

Aktual

3 Noyabr 2019, 11:00

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Şamaxı yolundakı ağır avtomobil qəzası barədə məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

 

"Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - deyə məlumatda bildirilir.

 

Qeyd edək ki, bu gün Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılıb və aşıb. Qəza  nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı