Modern.az

Sabahın HAVA PROQNOZU açıqlandı

Sabahın HAVA PROQNOZU açıqlandı

Aktual

3 Noyabr 2019, 12:46

Azərbaycanda noyabrın 4-ə gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 04-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz olacaq. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti təşkil edəcək. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı