Modern.az

Daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Daha bir süpürgəçi qadını maşın vurub öldürdü

Aktual

3 Noyabr 2019, 14:36

Sumqayıt şəhərində süpürgəçi qadını maşın vuraraq öldürüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində baş verib.

Belə ki, Sumqayıt şəhər Təmizlik Departamentinin süpürgəçisi, 1979-cu il təvəllüdlü Şəbiyeva Həcər Səbər qızı küçəni təmizləyən zaman qarşı tərəfdən gələn nəqliyyat vasitəsi onu vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı