Modern.az

Hacıqabulda yük və minik maşını toqquşdu

Hacıqabulda yük və minik maşını toqquşdu

Aktual

3 Noyabr 2019, 23:57

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük avtomobili "VAZ- 21014" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...