Modern.az

Ağdam sakini at arabası ilə həmkəndlisini öldürdü

Ağdam sakini at arabası ilə həmkəndlisini öldürdü

Aktual

4 Noyabr 2019, 00:16

Ağdamda mal-qara üstündə mübahisə zamanı bir nəfər ölüb.

Modern.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam rayon Xındırıstan kənd sakinləri Nəsibov Umud Qulu oğlu və Hətəmov Əli Əsgər oğlu arasında mal-qara üstündə mübahisə düşüb.

Mübahisə zamanı Nəsibov Umud Qulu oğlu həmkəndlisi Hətəmov Əli Əsgər oğlunu döyüb, daha sonran at arabası ilə üzərindən keçib. Ağır xəsarət alan H.Əli xəstəxanaya aparılarkən yolda ölüb.

H.Əlinin meyiti tibbi müayinədən keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təfil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı