Modern.az

Vilayət Eyvazov onu yüksək vəzifəyə təyin etdi

Vilayət Eyvazov onu yüksək vəzifəyə təyin etdi

Aktual

4 Noyabr 2019, 12:40

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

 

Modern.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.

 

Xəbəri Daxili İşlər Nazirliyindən "unikal.org"a təsdiqləyiblər.

 

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı