Modern.az

#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir

#BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verilir

Aktual

4 Noyabr 2019, 15:08

Təhsil Nazirliyi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə #BayraqQürurumdur və #9Noyabr həştəq paylaşımlarına start verir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələri şagirdlərinin qeyd edilən həştəqlərlə vətənpərvərlik, vətənə sevgi mövzusunda əl işlərini və yaradıcılıq nümunələrini sosial şəbəkələrdə paylaşması nəzərdə tutulur.

 

Məqsədi vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin, dövlət rəmzləri və atributlarımızın təbliğinə töhfə vermək olan həştəq paylaşımları noyabrın 9-dək davam edəcək.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı