Modern.az

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

Aktual

4 Noyabr 2019, 19:43

Sumqayıtda baş verən ağır yol qəzasında 2 nəfər ölüb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində şəhər sakini Nazim Həsənovun idarə etdiyi “Mitsubishi” və Bakı şəhər sakini Ş.Babayevin idarə etdiyi “Ravon” markalı avtomobillər toqquşub. Nəticədə N.Həsənov və Ş.Babayevin sərnişini olan qardaşı Seymur hadisə yerində ölüb, digər sürücü və 4 sərnişini, habelə Ş.Babayevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...