Kürdəmir rayonunda 2 avtomobil toqquşub.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Atakişili kəndində baş verib. Belə ki, "QAZel" markalı yük avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.