Modern.az

“Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş

“Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş

Aktual

4 Noyabr 2019, 21:52

Macarıstanın “MOL Group” şirkəti “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsində səhmlərin 9,57 faizinin və Bakı-Tbilisi-Ceyhan boru kəmərində səhmlərin 8,9 faizinin alınması ilə bağlı “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline Ltd” şirkətləri ilə saziş imzalayıb.

Modern.az  xəbər verir ki,  bu barədə  "Trend" Macarıstan şirkətinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sazişin ümumi məbləği 1,57 milyard dollara bərabərdir. Bu əməliyyat başa çatdıqdan sonra MOL “Azəri-Çıraq-Günəşli” layihəsində üçüncü ən iri tərəfdaş olacaq.

Sazişin 2020-ci ilin ikinci rübündə qüvvəyə minəcəyi gözlənilir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı