Modern.az

Deputat ona sual verəni başını kəsməklə hədələdi - VİDEO

Deputat ona sual verəni başını kəsməklə hədələdi - VİDEO

Aktual

4 Noyabr 2019, 23:32

Ukraynanın “Müxalif platforma – Həyat üçün” partiyasının deputatı İlya Kiva ona sualla müraciət edən yoldan keçən şəxsə hədə-qorxu gəlib.

Modern.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili avtomobilinə əyləşərkən bir nəfər vətəndaş ona “Xalqdan gizlənməyə çalışmırsınız?” deyə müraciət edib. Kiva həmi şəxsə “Sən axmaqsan? İndi başını üzəcəm” cavabını verib.

Deputat daha sonra açıqlamasında heç bir qanunu pozmadığını, ona qarşı hazırlanmış təxribata cavab verdiyini deyib:

“Mən bundan sonra da öz şərəf və ləyaqətimi, o cümlədən ailəmi hər cür vasitələrlə müdafiə edəcəyəm. Əgər qanunu pozacağamsa, hər zaman hərəkətlərimə görə cavab verməyə hazıram”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı