Modern.az

Rostovdan Bakıya gələn mikroavtobus qəzaya uğradı: YARALILAR VAR

Rostovdan Bakıya gələn mikroavtobus qəzaya uğradı: YARALILAR VAR

Aktual

5 Noyabr 2019, 00:12

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər xəsarət alıb.

Modern.az  "Azərtac"a istinadən xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub. Mikroavtobus toqquşmadan sonra yolun kənarındakı ağaca çırpılıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı