Modern.az

Bakıda 56 yaşlı kişini maşın vurdu

Bakıda 56 yaşlı kişini maşın vurdu

Aktual

5 Noyabr 2019, 00:51

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  "Report"a  istinadən  xəbər verir ki, hadisə Nəsimi rayonunda, "Şamaxı yolu" adlanan ərazidə qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçən 1963-cü il təvəllüdlü Qardiyev Səttar Təzəxan oğlunu vurub. Hadisəni törədən sürücü ərazidən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!