Modern.az

Avropa Birliyi İranla bağlı vəziyyəti müzakirə edəcək

Avropa Birliyi İranla bağlı vəziyyəti müzakirə edəcək

Aktual

7 Noyabr 2019, 19:38

Avropa İttifaqına (Aİ) üzv 28 ölkənin xarici işlər nazirləri noyabrın 11-də əvvəlcədən planlaşdırılmış iclasda İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Brüsseldə Aİ Şurasının nümayəndəsi məlumat verib.

"Onların bölgədəki vəziyyəti və Aİ-nin gərginliyin azaldılmasında mümkün rolunu müzakirə edəcəyi gözlənilir. Nazirlər həmçinin İranın Birgə Hərtərəfli Fəaliyyət Planı ilə bağlı son açıqlamalarını nəzərə alaraq İran məsələsinə də diqqət ayıra bilərlər", - o deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...