Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2544,8 milyon manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8 faiz azalıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalmış, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.
Rəsmi məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında ölkədə 1039,1 min ton dizel yanacağı, 1004,8 min ton avtomobil benzini, 296,2 min ton aviasiya üçün ağ neft, 196,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 175,0 min ton neft bitumu, 136,2 min ton maye qaz, 39,2 min ton sürtkü yağları istehlak edilib.
Neft məhsullarının istehsalı sahəsində
| əsas məhsul növlərinin buraxılışı Məhsul növləri | 2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı |
| Avtomobil benzini, min ton | 947,6 | 93,9 | 14,3 |
| Neft-kimya sənayesində istifadə üçün benzin, min ton | 203,3 | 119,4 | - |
| Ağ neft, min ton | 490,8 | 96,8 | 48,8 |
| Dizel yanacağı, min ton | 1714,0 | 106,1 | 74,4 |
| Yanacaq mazutu, min ton | 98,9 | 133,8 | 6,6 |
| Sürtkü yağları, min ton | 18,9 | 17,0 | 10,8 |
| Neft bitumu, min ton | 205,4 | 83,1 | 12,6 |
| Neft koksu, min ton | 198,3 | 96,4 | 15,3 |