“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bu gün səhər saatlarında yeraltı nəqliyyat vasitəsində yaranmış problemə aydınlıq gətirib.
Bildirib ki, buna səbəb qatarda baş verən texniki nasazlıqdır:
““Həzi Aslanov” stansiyada olarkən, maşinist qatarda nasazlıq ehtimalı ilə əlavə baxış keçirib. Nəticədə 4 dəqiqəlik yubanma baş verib. Bu da təbii olaraq digər qatarların hərəkətində ləngiməyə səbəb olub”.
***
Bu gün səhər saatlarında metronun "Xalqlar Dostluğu" stansiyasında böyük sıxlıq yaranıb. Modern.az-ın stansiyada olan əməkdaşının verdiyi məlumata görə, buna səbəb qatarlararası intervalın müəyyən edilmiş limitdən çox olmasıdır. Belə ki, saat 08:20 radələrindən etibarən qatarlarlar 6-7 dəqiqəlik intervalla işləyib. Bu isə platformoda çox sayda sərnişinin toplanmasına və sıxlığa səbəb olub.