Modern.az

Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək

Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək

Aktual

20 Noyabr 2019, 19:50

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək ”Xeyriyyə Fondu “ İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş intellektual yarışın keçirilməsi“ adlı layihəsi çərçivəsində tədbirlərin keçirilməsinə yekun vurub.

 

Layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi bağlı gənclər arasında intellektual oyunların təşkili, asudə vaxtını səmərəli təşkili, təhsilə, elmə olan marağını artılması, Azərbaycanın adət-ənənələrinin, milli mədəniyyətini, milli tariximizin haqqında biliklərinin artmasına və möhkəmlənməsinə, yeni istedadlarının üzə çıxarılmasına və cəmiyyətə inteqrasiya olunmasına təkan verməsidir.

 

Tədbirlərdə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi barədə müzakirələr aparılıb.

 

Tədbirdə müəllim və tələbələrlə yanaşı, orta məktəb şagirdləri, cəmiyyətin fəal gəncləri də iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı