Modern.az

FHN-dən əhaliyə Yeni il XƏBƏRDARLIĞI

FHN-dən əhaliyə Yeni il XƏBƏRDARLIĞI

Aktual

27 Dekabr 2019, 10:15

Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

 

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

- Bayram şənliyində bunlar nəzərə alınmalıdır:

- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;


- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;


- pəncərədə dəmir barmaqlıq olmamalı;


- məkanın iki çıxışı olmalı;


- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- şənliyə tezalışan materialdan paltar geyinilməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı