"1971-ci ildə əsasən avropalılar və amerikalılar Dünya İqtisadi Forumun ilk toplantısına toplaşanda Çin qlobal oyunçular sırasına daxil deyildi və dünya əhalisinin 22 faizi onun payına düşsə də, qlobal Ümumi Daxili Məhsulun (ÜDM) ancaq 2 faizi Çinin payına düşürdü".
Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov öz feysbuk hesabında yazıb.
Ədalət Muradov qeyd edir ki, həmin dövrdən başlayaraq Çinin Ümumi Daxili Məhsulu 14 000% artaraq 1971-ci ildəki 99,8 milyard dollardan 2019 -cu ildə 14,1 trilyon dollara çatıb: "2019-cu ilin yekununa əsasən Çinin qlobal ÜDM-də payı 16,4 faizə (ABŞ-ın payı - 23,9%) yüksəlmişdir. PwC-nin proqnozuna əsasən 2050 -ci ildə Çin ÜDM-i dünya ÜDM-in 20 faizini təşkil edəcək və bununla da Çin dünya liderinə çevriləcək. ABŞ 12 faizlə Hindistandan sonra üçüncü yerdə qərarlaşacaq.
Maraqlıdır k, 50 il əvvəl dünya ÜDM-in 65 faizini ABŞ və Avropa təmin edirdi".