Modern.az

YAP-çı olduğunu gizlətdi, partiyadan qovuldu

YAP-çı olduğunu gizlətdi, partiyadan qovuldu

Aktual

1 Fevral 2020, 11:33

Bir müddət öncə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov növbədənkənar parlament seçkilərində 300-ə yaxın partiya üzvünün qurumun sıralarından xaric edildiyini bildirmişdi.

 

İcra katibnini müavini bunu həmin şəxslərin partiyanın Nizamnaməsinə zidd olaraq addım atmaları ilə əlaqələndirmişdi.

 

Modern.az saytının əldə etdiyi məlumata görə bu günlərdə daha bir YAP-çı namizəd də partiya sıralarından xaric edilib.

 

Belə ki, Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini 40 saylı Kəpəz ikinci seçki dairəsindən irəli sürmüş Abbasov Elşən Talıb oğlu mənsub olduğu partiyanın sıralarından kənarlaşdırılıb.

 

Namizədliyini irəli sürərkən siyasi mənsubiyyətini gizlədərək bitərəf kimi qeydə alınan Elşən Abbasovun Yeni Azərbaycan Partiyasının Bakı şəhər Nəsimi rayon təşkilatlnda partiya üzvü kimi qeydiyyatda olduğu aşkar edilib.

 

Elşən Abbasov Yeni Azərbaycan Partiyasının vahid seçki strategiyasına zidd fəakiyyətinə və partiyanın nizamnamə və proqramında göstərikən prinsipləri kobud surətdə pozduğuna görə İdarə heyətinin qərarı ilə YAP sıralarından xaric edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı