Modern.az

Əhliman Əmiraslanov: “Mənim iş günüm seçicilərlə görüşdən başlayır”  

Əhliman Əmiraslanov: “Mənim iş günüm seçicilərlə görüşdən başlayır”  

Aktual

1 Fevral 2020, 15:00

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının  deputatlığa namizədi, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanovun təbliğat-təşviqat kampaniyası  uğurla davam edir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə 65 saylı seçki dairəsinə daxil olan Saatlı rayonunun Qaracalar kəndində, bu kəndlə yanaşı qonşu Varxan, Gomuşçu, Seyidlər, Əlisoltanlı və Bəylər kəndlərinin  sakinlərinin iştirakı ilə görüş keçirib.

 

Görüşdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütfəli Şıxəliyev    ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı məlumat verib.  L.Şıxəliyev ölkəmizdəki quruculuq işlərindən danışaraq seçiciləri "Daha güclü Azərbaycan naminə" Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

 

Görüş zamanı akademik Əhliman Əmiraslanov sakinləri maraqlandıran məsələlərdən söz açaraq, bildirib ki: “Mənim iş günüm seçicilərlə görüşdən başlayır. Bacardığım qədər hər kəsə yardım etməyə çalışmışam və bundan sonra da belə olacaq”.

 

Görüşdə çıxış edən seçicilər onların problemlərinə hər zaman xüsusi qayğı və həssaslıqla yanaşdığına görə deputatlarına minnətdarlıq edərək,  yenə də dövlətimizin siyasi kursuna və hakim partiyanın namizədi olan Əhliman Əmiraslanova  səs verəcəklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı