Ağdaşda yanğın bir ailəni evsiz qoyub.
Modern.az xəbər verir ki, hadisə rayonunun Mürsəl kəndində qeydə alınıb.
Ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 43 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.