Modern.az

Musa Qasımlı Yardımlı seçiciləri ilə bir arada - Fotolar

Musa Qasımlı Yardımlı seçiciləri ilə bir arada - Fotolar

Aktual

2 Fevral 2020, 20:41

72 saylı Yardımlı-Masallı seçki dairəsindən deputatlığa namizəd Musa Qasımlı seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd  Yardımlı rayonunda bu dəfəki təbliğat- təşviqat kampaniyası çərçivəsində seçicilərlə sonuncu görüşünü Vəlixanlı kənd ərazisində keçirib.


Köryədi və Qabaqdibi kəndlərindən də seçicilər görüşə gəliblər. Çıxış edənlər Musa Qasımlının deputatlıq fəaliyyətindən razılıqlarını, fevralın 9- da yenidən ona  səs verəcəklərini bildiriblər.


Yanvarın 17-dən fevralın -2 dək Yardımlı rayonu ərazisində Dairə Seçki Komissiyasının müəyyən etdiyi yerlərdə - ərazi nümayəndəliklərinin mərkəzlərində və şəhərdə Musa Qasımlının böyük görüşləri olub. Digər kəndlərə isə seçki qərargahının üzvləri baş çəkərək fərdi görüşlər keçiribər. Həmin görüşlərdə də seçicilər artıq öz seçimlərini etdiklərini bildiriblər.


Musa Qasımlı hər bir seçicisi ilə fəxr etdiyini deyib.


Həmçinin, deputatlığa namizəd günün ikinci yarısında Avun kəndində yas mərasimində iştirak edib.


Qeyd edək ki, Musa Qasımlı  fevralın 3-də   Masallı rayonunda görüşlərinə start verəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması