Modern.az

"Qarabağ" "Səbail"i məğlub etdi

Aktual

2 Fevral 2020, 20:59

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura "Səbail" "Qarabağ" qarşılaşması ilə yekun vurulub.

Modern.az  xəbər verir ki, "ASCO Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Görüşdəki yeganə qolu 81-ci dəqiqədə Mahir Emreli vurub.

Bu qələbədən sonra Ağdam təmsilçisi 34-cü xalını qazanıb və liderliyini möhkəmləndirib. "Səbail" isə 12 xalla sonuncu - 8-ci yerdədir.

Qeyd edək ki, günün digər oyununda "Keşlə" səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib. İlk oyun günündə "Zirə" "Sabah"a 2:0 hesabı ilə qalib gəlib, "Neftçi" - "Sumqayıt" matçında isə qalib müəyyənləşməyib - 1:1

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması