Modern.az

Tural Zeynalov seçiciləri ilə bir arada - Fotolar

Tural Zeynalov seçiciləri ilə bir arada - Fotolar

Aktual

2 Fevral 2020, 21:07

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Tural Zeynalov seçiciləri ilə izdihamlı görüşlərini davam etdirir.

Modern.az xəbər verir ki, deputatlığa namizəd bu dəfə Şəmkirin Tatarlı kəndində seçiciləri ilə bir araya gəlib.


Görüş zamanı Tatarlı kəndinin seçiciləri bəzi problemləri deputatlığa namizədin diqqətinə çatdırıblar. Kənd camaatı yolsuzluqdan, susuzluqdan, məktəbin 4 km uzaqda yerləşməsindən şikayətçi olduqlarını deyiblər.


Tural Zeynalov da çıxışı zamanı dövlət başçısının regionlarda gördüyü işlərdən söz açıb. Qaldırılan məsələlərin həll ediləcəyinə ümid etdiyini vurğulayıb.

Həmçinin, kənd camaatı cənab Prezident İlham Əliyevin tapşırığı ilə yolların asfaltlanmasına başladıqlarını da qeyd ediblər.  Buna görə dövlət başçısına təşəkkür ediblər.


Sonda hər bir seçici fevralın 9-da Tural Zeynalova səs verəcəklərini bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması