Modern.az

Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda satıcı mağazada naməlum şəxs tərəfindən bıçaqlanıb

Aktual

2 Fevral 2020, 22:26

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

1991-ci il təvəllüdlü Təhməzov Ramil İsrail oğlu işlədiyi mağazada tanımadığı şəxslə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı naməlum şəxs satıcıya bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sağ qolunda kəsilmiş-deşilmiş yara aşkarlanıb.

Xəstə cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması