Modern.az

Gürcüstan XİN başçısı Elmar Məmmədyarovu təbrik etdi

Gürcüstan XİN başçısı Elmar Məmmədyarovu təbrik etdi

Aktual

10 Fevral 2020, 19:04

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovu və Azərbaycan xalqını 9 fevralı növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi münasibəti ilə təbrik edib.

 

Modern.az-ın yerli bürosu xəbər verir ki, D. Zalkaliani bu barədə özünün “Twitter” hesabında paylaşım edib. O bildirib ki, Azərbaycan parlamentinin yeni tərkibinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmindir.

 

“Həmkarım Elmar Məmmədyarovu və Azərbaycan xalqını dayanıqlı inkişafı üçün növbəti addım olan 9 fevral münasibəti ilə təbrik edirəm. Mən əminəm ki, Milli Məclisin yeni tərkibi Azərbaycan və Gürcüstan əməkdaşlığının inkişafına töhfə verəcək”, - deyə D.Zalkaliani bildirib.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...