Modern.az

Azərbaycan güləşçisi daha bir ermənini məğlub edib finala yüksəldi

Azərbaycan güləşçisi daha bir ermənini məğlub edib finala yüksəldi

Aktual

10 Fevral 2020, 22:49

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyanı qalib gəlməklə, həlledici görüşdə iştirak hüququ qazanıb.

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib - 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini "tuşe" ilə məğlub edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...