"AXCP Yevlax rayon təşkilatının üzvü Hüseynzadə Nəsib Yusif oğlunun tərəfimizdən saxlanması və 9-cu polis bölməsinə aparılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar əsassızdır".
Bu barədə Modern.az-a məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur:
“Heç bir dəqiqləşdirmə aparmadan yayılıb, iddialar dezinformasiyadır”.