Modern.az

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

“Azərxalça” ASC-nin Kürdəmir filialının açılışı olub

Aktual

12 Fevral 2020, 14:25

Fevralın 12-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir filialının açılışı olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev filialın açılışında iştirak edib.

 

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

 

Prezident İlham Əliyev filialda işləyən xalçaçılarla görüşüb.

 

Sonra dövlətimizin başçısı müəssisədə toxunan xalçanı kəsib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı