Modern.az

Vahid elektron arxiv məlumat sistemi yaradılacaq

Vahid elektron arxiv məlumat sistemi yaradılacaq

Aktual

12 Fevral 2020, 20:31

Azərbaycanda vahid elektron arxiv məlumat sistemi yaradılacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.

Sənədə əsasən, Milli Arxiv İdarəsi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020–2025-ci illərdə arxiv işində İKT tətbiq etməklə vahid elektron arxiv məlumat sisteminin yaradılmasını təmin etməlidir.


Həmçinin, Azərbaycanda yeni arxiv binaları tikilməsi nəzərdə tutulur.


Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin filialları üçün müasir tələblərə cavab verən 500 min, rayon (şəhər) dövlət arxivləri üçün 50 min saxlama vahidi tutumlu birtipli layihə üzrə yeni arxiv binalarının tikilməsi və ya mövcud arxiv binalarının əsaslı təmiri, yenidən qurulması, uyğunlaşdırılmış binalara köçürülməsi Milli Arxiv İdarəsi, İqtisadiyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı