Modern.az

Xaricdə Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək

Xaricdə Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək

Aktual

12 Fevral 2020, 21:00

Xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri Azərbaycana gətiriləcək.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət Proqrammı”nda əksini tapıb.

 

Sənədə əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020–2025-ci illərdə xarici ölkələrin arxivlərində, muzeylərində və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycan Respublikasına gətirilməsini təmin etməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...